İnterpol Dubayda azərbaycanlı biznesmeni həbs edib - TƏFƏRRÜAT - YENİLƏNİB
18 yanvar 2014 13:22 (UTC +04:00)

İnterpol Dubayda azərbaycanlı biznesmeni həbs edib - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda adam oğurluğuna görə axtarışda olan şəxs yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə axtarışda olan Dəyanət İsmayılov Birləşmiş Ərəb Əmirliklərində tutulmuşdur. Onun ekstradisiya olunması üçün tədbirlər görülür.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən "Ekstreme" MMC-nin sədri olan İsmayılov Dəyanət Əkbər oğlu 2011-ci ildə "Smart Mobile" firmasının direktoru Vahabzadə Mehman Ramiz oğlunu və onun biznes ortağı Mikayılov Samid Rasim oğlunu təxminən 1.4 milyon ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə noyabrın 20-də cəmiyyətin Nəsimi rayonunda yerləşən ofisinə dəvət edib. Bundan sonra həmin şəxslərin ofisdən çıxmalarına məhdudiyyət qoyaraq qeyd edilən vəsaiti tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları ofisdə saxlayacağını, əks təqdirdə isə işgəncə veriləcəyini bildirib.

Noyabrın 26-da Dəyanət İsmayılov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə gedib, onlara nəzarət etməyi isə ofisdə mühafizəçi işləyən Mətləb Eyvazovla qardaşı Rüfət İsmayılova tapşırıb.

Həmin şəxslərin girov saxlanılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında noyabrın 28-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində səkkiz gün girov saxlanılan Mehman Vahabzadə və Samid Mikayılov qeyd edilən ofisin binasında bağlı qapılar arxasında ayrı-ayrı otaqlarda aşkar edilərək azad olunublar.

Fakta görə noyabrın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Mətləb Eyvazov və Rüfət İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dəyanət İsmayılovun istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4693
avatar

Nizam Rza

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56