
Mal-qara oğruları saxlanıldı
Mal-qara oğruları saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-nə keçən gecə Xolqaraqaşlı kəndi ərazisindəki fermaların birindən 6 baş inək oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini M.Muradov saxlanılıb.
Astarada da mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in məlumatına görə, Astara rayonunun Şiyəkəran kənd sakini A.Əliyev nazirliyin “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək ona məxsus fermadan 900 manat dəyərində 6 baş qoyunun oğurlandığını bildirib. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını rayonun Şahağacı kənd sakini A.Babayev və onun həmkəndlisi olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs saxlanılıb.
Digər əməliyyat tədbiri nəticəsində isə Astara sakininin həyətindəki tövlədən 1500 manat qiyməti olan dananı oğurlayan şəxslər saxlanılıb. Belə ki, Astara rayonunun Səlivə kənd sakini S.Kərimzadənin Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan bacısı T.Kərəmzadə və qardaşı T.Kərəmzadə ilə birlikdə həmkəndlisi olan bir qadının həyətindəki tövlədən erkən dananı oğurlayaraq Lənkəran rayonu ərazisində satdıqları məlum olub. Həmin heyvanın yeri müəyyən edilərək sahibinə qaytarılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47