Uşağın ayağını itirdiyi istirahət mərkəzi bağlandı
24 iyul 2013 16:44 (UTC +04:00)

Uşağın ayağını itirdiyi istirahət mərkəzi bağlandı

 

Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq Komissiyası hadisə yerinə ezam olunub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edib.

Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7730

Oxşar yazılar