Mayın 16-da İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vətağa kəndində Beyləqan rayon sakini Çingiz Ağayev istifadə olunmayan dəmir yolu xəttinin üzərində mexaniki araba ilə hərəkətdə olarkən araba Qarabağ su kanalına aşıb.
Ç.Ağayev hadisə yerində ölüb və görülmüş tədbirlər nəticəsində onun meyiti kanaldan çıxarılıb.