İmişlidə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 21-də saat 09 radələrində Məzrəli kəndində Aranlı kənd sakini Elxan İbrahimovun idarə etdiyi “Mercedes” və Saatlı rayon sakini Cavad Cavadovun idarə etdiyi “QAZ-31105” markalı avtomobillər toqquşub. Nəticədə E.İbrahimov və 1 sərnişini, C.Cavadov və sərnişinləri, atası Ataş, və digər sərnişini xəstəxanaya yerləşdirilib, A.Cavadov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.