İlham Əliyev İtaliya prezidentini təbrik etdi
02 fevral 2015 19:23 (UTC +04:00)

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

Prezident İlham Əliyev İtaliya prezidentini və  Yunanıstanın baş nazirini təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Yunanıstan baş naziri Aleksis Tsiprasa təbrik məktubunda deyilir: “Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilən parlament seçkilərində qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.


İnanıram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

İlham Əliyevin  İtaliyada keçirilən prezident seçkilərində qalib gələn Sercio Mattarellaya təbrik məktubunda isə deyilir: “İtaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar