Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsində, rayon İcra Hakimiyyəti binasının qarşısındakı parkda 1996-cı il təvəllüdlü Əliyev İbrahim Oruc oğlu bıçaqlanıb. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.