Hilal Məmmədova 5 il həbs cəzası verildi
27 sentyabr 2013 18:32 (UTC +04:00)

Hilal Məmmədova 5 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

Vəkil Ramiz Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, H. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926
avatar

Oxşar yazılar