Heydər Əliyev prospektində dəhşətli qəza: <span style="color:red;">3 ölü, 2 yaralı  -<span style="color:red;"> YENİLƏNİR
23 iyun 2015 12:08 (UTC +04:00)

Heydər Əliyev prospektində dəhşətli qəza: 3 ölü, 2 yaralı - YENİLƏNİR

Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.

 

***

 

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti - əsas yolda Bağırov körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

 

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar