Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü
29 iyun 2017 11:05 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü

Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib. Lent.az xəbər verir ki, Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.

 

Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Nizam Rza

Oxşar yazılar