Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin təlimi başa çatdı
19 noyabr 2014 14:04 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin təlimi başa çatdı

Azərbaycan Hərbi Dəniz Qüvvәləri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə noyabrın 13-də başlamış birgə əməliyyat-taktiki təlimlər başa çatıb. Lent.az-ın Müqdafiə Nazilriyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıblar və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvəffəqiyyətlə icra ediblər. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb.

İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib, Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar