Azərbaycanda tanınmış jurnalist həbs edilib
05 avqust 2014 16:01 (UTC +04:00)

Azərbaycanda tanınmış jurnalist həbs edilib

Bakıda vətəndaşı hədələyərək 3 min manatını aldığına görə həbs edilmiş şəxsin tanınmış jurnalist olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının yaxaladığı Quba rayon sakini Dəyanət Məmmədov (Azərsoy) paytaxtda vətəndaşı hədələyərək xeyli miqdarda pulunu almaqda şübhəli bilinir. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, D.Azərsoy bir sıra KİV-lərlə yaxından əməkdaşlıq edir. 

 

 

*****

 

12:26

 

Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, əvvəllər də məhkum olmuş Quba sakini Dəyanət Məmmədov Bakı şəhər sakini Habil Hüseynova hədə-qorxu gələrək 3 min manat pul alıb.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçu tutulub.

 

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8385
avatar

Nizam Rza

Oxşar yazılar