Azərbaycana soyuq silah gətirənlərin qarşısı alınıb
20 oktyabr 2015 12:34 (UTC +04:00)

Azərbaycana soyuq silah gətirənlərin qarşısı alınıb

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycana İstanbul-Bakı, Antalya-Bakı, Moskva-Bakı və Sankt-Peterburq-Bakı aviareyslərilə gələn Azərbaycan və Rusiya vətəndaşlarından metaldan hazırlanmış soyuq silahlar - 3 ədəd “beşbarmaq” və 2 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Gömrük komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, umumilikdə 4 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.

 

Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu “beşbarmaq”lar, eləcə də ov bıçaqları soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar