Avtobus qəzasında yaralananların adları açıqlandı - <span style="color:red;">YENİLƏNİB
20 oktyabr 2015 01:33 (UTC +04:00)

Avtobus qəzasında yaralananların adları açıqlandı - YENİLƏNİB

0

Hacıqabulda avtobusun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “PAZ” markalı 24-AC-227 dövlət qeydiyyat nişanlı avtobus aşması nəticəsində 1980-cı il təvəllüdlü Qafarova Rəşidə Ağamalı qızı, 1966-ci il təvəllüdlü Abdullayeva Dürdanə Ağadadaş qızı və 1966-cı il təvəllüdlü Abbasova Arzu Ağarıza qızı orta dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Digər sərnişinlər xəsarət almayıb.

 

***

 

Hacıqabulda yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.

 

Belə ki, quşçuluq fabrikinin fəhlələrini daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar