Hacıqabulda “Niva” aşdı: 1 ölü, 3 yaralı
06 noyabr 2015 03:03 (UTC +04:00)

Hacıqabulda “Niva” aşdı: 1 ölü, 3 yaralı

0

Hacıqabulda baş verən yol qəzasında sürücü  ölüb, 3 nəfər yaralanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 23.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1972-ci il təvəllüdlü  Muradov Habil Ziyadxan oğlu idarə etdiyi  “Niva” markalı avtomobili aşırıb.

 

Nəticədə sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində ölüb. Avtomobildə olan sərnişinlər Quba rayonu Qarxun kənd sakini, 1989-cu il təvəllüdlü Fərəcov Mətləb Səfərbala oğlu, Quba rayonu Adur kənd sakini 1978-ci il təvəllüdlü Həsənov Sahib Nəsrulla oğlu və Şirvan sakini, 1981-ci il təvəllüdlü Orucova Afaq Hacı qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar