Hacı Mazanın evə buraxılacağı tarix açıqlandı - YENİ XƏBƏR
Hacı Mazan (Ramazan Əliyev) yaxın günlərdə xəstəxanadan çıxacaq.
Bu barədə Lent.az-a R.Əliyevin həkimi Cəfər Nəsirli deyib. O bildirib ki, Ramazan Zeynalovun vəziyyəti normaldır:
“Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir. Yenidən əməliyyat olunması hələ ki, planlaşdırılmayıb. Yaraları sağalıb. Yəqin ki, iki-üç günə evə buraxılacaq”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.
1059