Gürcüstan Respublikasının axtarışa verdiyi şəxs Bakıda tutulub. Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 143-cü (adam oğurluğu) maddəsi ilə axtarışa verilmiş 1989-cu il təvəllüdlü Məmmədov Elvar Etibar oğlu tutulub. Onun 11 il adam oğurluğu cinayətində iştirak etdiyinə görə axtarışda olması da məlum olub.
Araşdırmalar davam etdirilir.