Oktyabrın 15-də narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan qardaşlar Vəkil İmanov barəsində 4 ay, Raci İmanov barəsində isə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
Bu barədə Müsavat başqanının müavini Elman Fəttah “facebook” səhifəsində məlumat yayıb.
Onları müdafiə edən vəkil Nemət Kərimli Bilasuvara gedərək, apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, saxlanılanlar yazar Günel Mövludun qardaşlarıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında deyib ki, polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.