Göygöldə 5 ton ot yandı, yanğınsöndürən zəhərləndi
İyulun 11-də saat 11.40 radələrində Göygöl rayonunun Üçtəpə kənd sakini Qəni Hümbətova məxsus yardımçı təsərrüfatdan qonşusu Fəqani Tağıyevə məxsus yardımçı təsərrüfata keçən yanğın baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə yardımçı təsərrüfatların yanar konstruksiyaları və oraya yığılmış 5 ton ot yanıb.
Yanğınsöndürən Şirin Tağıyev isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
407