APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində yolun 8-ci kilometrliyində, Göyçayın Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb. Ucar sakininə məxsus 61-BD-618 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən 4 piyadadan ikisini vurub. Məlumata görə, Göyçayın Xəlitli kənd sakinləri - 1993-cü il təvəllüdlü Mikayılov Elnur Firudin oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Zahid Veyis oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəsarət almasa da, həkim müayinəsindən keçirilərək evə buraxılıb.