Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
22 yanvar 2017 16:19 (UTC +04:00)

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

0

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

 

Rayonun Zeyvə kənd sakini 1973-cü il təvəllüdlü Ruslan Qədimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 1962-ci il təvəllüdlü Asif Əskərov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar