Gömrük Komitəsindən KİV nümayəndələrinə <span style="color:red;">MÜRACİƏT
04 iyun 2018 18:12 (UTC +04:00)

Gömrük Komitəsindən KİV nümayəndələrinə MÜRACİƏT

“Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsi və idarənin əməkdaşları haqqında bir sıra kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayımlanır”.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, yayımlanan məlumatlarda idarədə vətəndaşların və sahibkarların müraciətlərinə səhlənkar yanaşıldığı, gömrük rəsmiləşdirilməsi prosesində subyektiv amillərə yol verilərək qanunvericilikdə nəzərdə tutulandan artıq vəsait tələb olunduğu iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, istər Avtonəqliyyat Baş Gömrük İdarəsi, istərsə də komitənin strukturuna daxil olan digər gömrük orqanlarına müraciət edən şəxslər rütbəsindən və vəzifəsindən asılı olmayaraq aidiyyəti üzrə istənilən gömrük əməkdaşı ilə görüşə, təklif və şikayətini bildirə bilər.

Qanunvericilikdə nəzərdə tutulandan fərqli üsullarla və fərqli miqdarda gömrük vergi və rüsumlarının alınmasına gəlincə isə əsassız, hər hansı fakta söykənməyən bu məlumatlar böhtan xarakteri daşıyır.

Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatları qarşı tərəfin də mövqeyini öyrənməklə yaymağın həm cəmiyyəti doğru, düzgün informasiya ilə təmin etmək, həm də strateji dövlət qurumunun işgüzar nüfuzuna xələl gətirməmək baxımından faydalı olacağı qənaətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15