Gəncə-Moskva reysi ilə uçan Azərbaycan vətəndaşı Nemət Nəsir oğlu Nəsibovun səhhəti təyyarədə qəfil pisləşib, bu səbəbdən təyyarə Mahaçqala aeroportunda məcburi eniş edib.
APA-nın məlumatına görə, Hava limanına təcili yardım çağırılıb, xəstəyə ilkin yardım göstərilib və o Kaspiysk şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin köməyi sayəsində xəstənin durumu normallaşıb. O Mahaçqala aeroportuna gələrək ona yardım göstərmiş şəxslərə təşəkkür edib və təyyarə ilə Moskvaya uçub.