Gəncədə piyada vuruldu
16 oktyabr 2015 05:26 (UTC +04:00)

Gəncədə piyada vuruldu

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Arzu Süleymanov yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.  Bədən xəsarətləri alan A.Süleymanov sürücü tərəfinsən Gəncə şəhər Təcili tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1263

Oxşar yazılar