Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə saat 22.30 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elgün Elşən oğlu boğaz nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədov dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. 15 yaşlı gənci öldürən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
***
23.50
Gəncənin Fikrət Əmirov adına istirahət parkında dəhşətli qətl hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, iqulun 13-də saat 22 radələrində Gəncənin Fikrət Əmirov adına istirahət parkında gənc oğlanın başı kəsilib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Gəncə şəhər Prokurorunun böyük köməkçisi Rəfael Həsənovun APA-ya verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. R.Həsənov başı kəsilən gəncin Elçin adında olduğunu bildirib. Müsahib hadisənin təfərrüatları barədə məlumat veriləcəyin bildirib.