Gəncədə dələduz iki nəfəri 3 min atıb
28 iyun 2013 21:57 (UTC +04:00)

Gəncədə dələduz iki nəfəri 3 min atıb

Gəncədə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs iki nəfəri aldadıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini Nəcibə Xudaverdiyeva polisə müraciət edərək bildirib ki, özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs ona Gəncə Dövlət Universitetində oxuyan qızını Təsviri İncəsənət fakültəsindən başqa ixtisasa köçürəcəyini bildirib və ondan "işinin qarşılığında" 2000 manat pul alıb. Bundan başqa “nazirliyin əməkdaşı” N. Xudaverdiyevin qohumu, 24 yaşlı Çingiz Məhərrəmovu da aldadaraq onu Bakıda Bayraq Meydanının Mühafizə İdarəsinə işə düzəldəcəyinə söz verib və ondan 1000 manat pul alıb. Bir neçə aydan sonra aldandıqlarını başa düşən N. Xudaverdiyeva və Ç. Məhərrəmov polisə müraciət ediblər.

 

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər və bildiriblər ki, hazırda iş üzrə araşdırma aparılır və tədqiqat başa çatdıqdan sonra şəxsin kimliyi barədə məlumat veriləcək. Təhsil nazirliyinin əməkdaşı kimi özünü təqdim edən şəxsin əvvəllər cinayət məcəlləsinin 178  (dələduzluq) maddəsi ilə cəzalandırıldığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10