Gəncədə axtarılan şəxsin sorağı Rusiyadan gəldi
04 iyul 2013 19:43 (UTC +04:00)

Gəncədə axtarılan şəxsin sorağı Rusiyadan gəldi

Bir ay bundan əvvəl axtarışa verilən Gəncə şəhər sakini tapılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 2 iyun 2013-cü il tarixdən itkin düşmüş şəxs kimi axtarılan Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Qədir Həsənovun Samur sərhəd keçid məntəqəsindən respublikanı tərk edərək Rusiya Federasiyasına keçdiyi müəyyənləşdirilib. Bu barədə Q. Həsənovun ailə üzvləri məlumatlandırılıb.

# 597
avatar

Oxşar yazılar