Gəncədə baş verən yol nəqliyyat qəzasında bir nəfər piyada yaralanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Atatürk prospektində baş verib. Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Mübariz Hacıyev idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini 1934-cü il təvəllüdlü Ələddin Hüseynovu vurub. Bədən xəsarətləri alan 79 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir.
Faktla əlaqədar araşdırma aparılır.