Gəncədə avtobus qəza törətdi: yaralı var
04 noyabr 2015 21:08 (UTC +04:00)

Gəncədə avtobus qəza törətdi: yaralı var

0

Gəncənin şərq çıxacağında, Nizami küçəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü İlkin Cənnətovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu qarşıda hərəkətdə olan 1953-cü il təvəllüdlü Saday Əliyevin idarə etdiyi “Hyunday” markalı avtomobilə çırpılıb.

Qəza zamanı “Hyunday”da olan sərnişin, Goranboy rayon Dəliməmmədli şəhər sakini 2001-ci il təvəllüdlü Gülxar Tanrıverdiyeva xəsarətl alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar