Gediş haqqını baha deyən taksi sürücüsünü təpiklədilər - BAKIDA
28 may 2017 18:51 (UTC +04:00)

Gediş haqqını baha deyən taksi sürücüsünü təpiklədilər - BAKIDA

Bakıda taksi sürücüsü ilə müştərilər arasında insident baş verib. Lent.az xəbər verir ki, Xocalı prospekti 14 ünvanının qarşısında “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərən 34 yaşlı İlkin İlyasova 3 nəfər yaxınlaşaraq sifariş vermək istəyiblər. Lakin gediş haqqının baha olduğunu deyən müştərilər sürücüyə etiraz ediblər. Bundan sonra tərəflər arasında insident yaranıb. Həmin şəxslər sürücünü vurublar. Həmçinin təpiklə maşının güzgüsünü sındırıblar.

 

İ.İlyasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Nizam Rza

Oxşar yazılar