Gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nə istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağında “SAMSUNG” markalı televizor və “LG” markalı kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub.
Bundan əlavə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin (1920-ci il inşa olunmuş, arakəsmə divarları taxta konstruksiyalardan və dam örtüyü qamışdan ibarət) 2 otağının yanar konstruksiyaları, ev əşyaları və bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və sahəsi 195 kv.m olan bitişik ev yanğından mühafizə olunub. Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.