Gecə paytaxtda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ərzaq malları mağazasında baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları 70 kv.m sahədə, 2 ədəd "VAQNER" markalı kondisioner və 1 ədəd vitrin soyuducusu yanıb. Bundan başqa, yüksək temperaturdan lambirdən ibarət tavan 150 kv.m sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.