Gecə 6 otaqlı iki ev yandı
16 oktyabr 2015 02:59 (UTC +04:00)

Gecə 6 otaqlı iki ev yandı

0

Imişli və Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  İmişli rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin çardağının və tavanının yanar konstruksiyası 100 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Masallı rayonu, Şıxlar kəndində vətəndaşa ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 k.m sahədə, 2-ci mərtəbədə 1 otaq və dəhlizin tavanı 75 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar