Filippində Mayon vulkanı partladı
07 may 2013 12:34 (UTC +04:00)

Filippində Mayon vulkanı partladı

Filippinin ən aktiv vulkanlarından olan Mayon üç illik fasilədən sonra gözlənilməz partlayıb. Lent.az-ın “trt Azərbaycan” saytına istinadən məlumatına görə, paytaxt Manilanın 340 kilometr cənub-şərqində yerləşən vulkandan göy üzünə kül, tüstü və nəhəng qaya parçaları püskürüb. Partlayışdan sonra bölgəyə vertolyotlarla çox sayda xilasetmə qrupu göndərilib.

Rəsmi məlumatlarda partlayış zamanı dağda olan 5 alpinistin nəhəng qaya parçalarının altında qalaraq öldüyü, 7 nəfərin də yaralandığı bildirilib. 20 nəfər alpinistin axtarışları davam etdirilir. Ölənlərin Almaniya, Avstriya və Filippin vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Mayon vulkanı sonuncu dəfə 2010-cu ildə aktivləşib. Vulkanı keçən 400 il ərzində ən azı 40 dəfə partlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484
avatar

Oxşar yazılar