Fövqəladə Hallar Nazirliyi 2013-cü ilin I yarımilliyi ərzində respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrin statistikasını yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 6 ay ərzində 3824 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 238 hadisə və ya 6% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub, 65 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 4 nəfər xilas edilmiş, 63 nəfər təxliyə olunmuşdur.
Bundan başqa 2013-cü ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 3723 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınların sayı 886, açıq sahələrdə yanğınlar 1917, nəqliyyat vasitələrində yanğınlar 180, digərləri isə 740 çıxış təşkil edib. Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 44 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 3% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 10% azdır.
Yanğınların növü |
Yanğınların sayı |
İnsan tələfatı |
Xəsarət alanlar |
|||
2012 |
2013 |
2012 |
2013 |
2012 |
2013 |
|
Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar |
1004 |
886 |
26 |
24 |
39 |
28 |
Açıq sahələrdə yanğınlar |
2053 |
1917 |
- |
- |
- |
- |
Nəqliyyat vasitələrində yanğınlar |
159 |
180 |
3 |
6 |
3 |
8 |
Digər yanğınlar |
744 |
740 |
5 |
5 |
7 |
8 |
Cəmi: |
3960 |
3723 |
34 |
35 |
49 |
44 |
Hadisələrin növü |
Hadisələrin sayı |
İnsan tələfatı |
Xəsarət alanlar |
Xilas edilənlər |
Təxliyə |
|||||
2012 |
2013 |
2012 |
2013 |
2012 |
2013 |
2012 |
2013 |
2012 |
2013 |
|
Təbii mənşəli hadisələr |
69 |
69 |
4 |
- |
8 |
4 |
125 |
- |
- |
32 |
Texnogen mənşəli hadisələr |
3993 |
3755 |
39 |
46 |
58 |
61 |
18 |
4 |
26 |
31 |
Cəmi: |
4062 |
3824 |
43 |
46 |
66 |
65 |
143 |
4 |
26 |
63 |