FHN yanğınla bağlı məlumat yaydı
17 oktyabr 2015 04:05 (UTC +04:00)

FHN yanğınla bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi Göyçayda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Göyçay şəhərində ikimərtəbəli kommunal tipli  yaşayış binasında, vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 3 otaqlı mənzilin  1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar