Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları iki nəfəri dənizdə batmaqdan xilas ediblər.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonu ərazisində rezin qayıqla dənizə çıxmış 2 nəfər batmaq təhlükəsilə üzləşib.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar qayıqdakı şəxsləri sahildən 1 km uzaqlıqda xilas ediblər.