Fövqəladə Hallar Nazirliyi Binəqədi rayonunda baş verən intihar cəhdi ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, 1 nəfərin intihar məqsədi ilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb.