Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərdə batma təhlükəsi ilə üzləşmiş 3 nəfəri xilas edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində dənizdə (“Tağıyev” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 12:58-də başa çatıb. Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) isə bu gün 2 nəfər batma təhlükəsi ilə üzləşib. Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.