Fahişəliklə məşğul olan 2 qadın tutulub
18 dekabr 2012 13:52 (UTC +04:00)

Fahişəliklə məşğul olan 2 qadın tutulub

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları 2 qadını yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Göygöl rayon sakini Rəna Xıdırova və Ağstafa rayon sakini Nəzakət Kazımova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib. Hər iki qadın tutulub.

 

Hazırda saxlanılan qadınlar ətrafında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2750

Oxşar yazılar