Ev sahibinin əl-qolunu bağlayıb pul tələb etdi
07 avqust 2019 13:05 (UTC +04:00)

Ev sahibinin əl-qolunu bağlayıb pul tələb etdi

0
Tərtərdə evə basqın olub.
 
APA xəbər verir ki, hadisə Tərtər şəhərində qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Sadıqovun yaşadığı evə daxil olan iki maskalı şəxs ev sahibinin əl-qolunu bağlayıb, ona zor tətbiq etməklə pul tələb ediblər. Səsə E.Sadıqovun atası, 1962-ci il təvəllüdlü Zakir Sadıqov gəlib. Bunu görən maskalı şəxslər evi tərk edib.
 
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar