Azərbaycan Ordusu cəbhədə itkilər verib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu şəhid olub.
Qeyd edək ki, S. Əlizadə Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
APA-nın əldə etdiyi məlumata görə, ordumuz cəbhədə daha bir itki verib. Azərbaycan Ordusunun leytenantı Tural Nadir oğlu Əsgərov düşmən gülləsinə tuş gəlib. O, aldığı güllə yarasından şəhid olub.