Ermənistanda növbəti etiraz aksiyaları başladı
15 may 2018 10:15 (UTC +04:00)

Ermənistanda növbəti etiraz aksiyaları başladı

Ermənistandan etiraz aksiyaları başlayıb. Bu dəfə Ararat sement zavodunun yüzlərlə işçisi tətil elan edib.

 

Lent.az news.am-a istinadən bildirir ki, fəhlələr aylardır ala bilmədikləri maaşa görə, aksiya keçirir. Aksiya bu dəqiqələrdə də davam edir. Onlar zavodun rəhbəri, parlamentdəki Tsarukyan blokunun rəhbəri Qagik Tsarukyanla görüş tələb edirlər.

 

Fəhlələr maaşlarının vaxtında ödənilməsi çağırışı ilə zavodun önünə toplaşıblar. Aksiyaçılar 70-80 min dram olan əməkhaqqlarının iki qat qaldırılması ilə bağlı şüarlar səsləndiriblər.

 

Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, ətrafa xeyli sayda polis cəmləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar