[b]Ermənistan aprelin 2-5-də döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir[/b]
08 aprel 2016 15:13 (UTC +04:00)

[b]Ermənistan aprelin 2-5-də döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir[/b]

Ermənistan hakimiyyəti aprelin 2-dən 5-dək gedən döyüşlərdə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir.

 

Erməni hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunandan sonra hər gün cəbhədə hərbçi itirdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, əslində, açıqlanan son itkilər aprelin 2-5-də baş verən döyüşlərdə ölənlərdir.

 

Sadəcə, Ermənistan rəhbərliyi yerli ictimaiyyətin etirazından çəkinərək, qızğın döyüşlərdə verdiyi çoxsaylı itkiləri hissə-hissə açıqlamağa başlayıb.

 

Erməni tərəfinin digər məqsədi isə atəşkəs əldə olunmasına baxmayaraq, Azərbaycan tərəfinin razılaşmaya əməl etmədiyini, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərinin öldüyünü göstərməklə, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

APA Baycan

Oxşar yazılar