Ermənilərin öldürdüyü Həsənin qardaşı: “Bəzi qaranlıq məsələlər var”
24 iyul 2014 17:28 (UTC +04:00)

Ermənilərin öldürdüyü Həsənin qardaşı: “Bəzi qaranlıq məsələlər var”

“Qardaşımın cəsədinin fotosuna BQXK-da baxdıq”

 

 

Erməni tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyitinin fotosu ailə üzvləri tərəfindən tanınıb. Bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

 

O qeyd edib ki, qardaşının cəsədinin fotosuna iki-üç gün bundan qabaq Beynəlxalq  Qızıl Xaç Komitəsində (BQXK) baxıblar:” Fotoya baxanda qardaşımın meyiti olduğu aydınlaşdı. Lakin orda bəzi qaranlıq məsələlər var və həmin məsələlər meyit Azərbaycana təhvil veriləndən sonra keçiriləcək ekspertizadan sonra dəqiq məlum olacaq ”.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543
avatar

Oxşar yazılar