Tərtərdə erməni təxribatı: 11 yaşayış məntəqəsi işıqsız qaldı - YENİLƏNİB
27 aprel 2016 10:13 (UTC +04:00)

Tərtərdə erməni təxribatı: 11 yaşayış məntəqəsi işıqsız qaldı - YENİLƏNİB

 

Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib.

 

Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, Yuxarı Qapanlı kəndində 1, Əskipara kəndində 3, Seydimli kəndində 1, Qazyan kəndində 1 evə mərmi düşüb. Mərminin yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində 11 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Bildirilib ki, erməni hərbi birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması yaz səpin işlərini də ləngidir. Əkin sahələri mütəmadi atəşə tutulduğundan sakinlər səpinə başlaya bilmirlər. İndiyədək onlarla hektar əkin sahəsinə saysız mərmi düşüb.

 

Məlumata görə, ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. Mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub.

 

Tərtər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.

 

**

09:46

Ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub.

 

Tərtər rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.

 

**

22: 06

Ötən gecə ermənilərin minaatanlardan və iri çaplı silahlardan atəşə tutması nəticəsində cəbhənin Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayon İcra Hakimiyyəti ziyan dəyən evlərlə bağlı araşdırmalara başlayıb.

 

İlkin məlumata görə, ümumilikdə 7 yaşayış məntəqəsində 20 fərdi evə ziyan dəyib.

 

Taxıl və əkin sahəılərinə, həyətyanı təsərrüfatlara mərmi düşüb.

 

Yaşayış məntəqələrinin elektrik, rabitə, su xətlərinə də ziyan dəyib

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün ermənilərin ötən gecə Tərtəri minaatanlardan və iri çaplı silahlardan atəşə tutmaları barədə məlumat yayıb. Bildirilib ki, nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

 

Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyətin stabil olduğu, Azərbaycan Silahlı Bölmələrinin əməliyyat şəraitinə nəzarət etdiyi açıqlanıb.

# 220
avatar

APA Baycan

Oxşar yazılar