Ermənilər sərhəddə yoxa çıxmış azərbaycanlı barədə məlumatsız olduqlarını deyirlər
05 aprel 2013 13:30 (UTC +04:00)

Ermənilər sərhəddə yoxa çıxmış azərbaycanlı barədə məlumatsız olduqlarını deyirlər

0

Ermənistan tərəfi Azərbaycan vətəndaşı Sabir Mühit oğlu Kərimov haqqında məlumata malik olmadığını açıqlayıb. 


 

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Əsir düşmüş, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə komissiyasının işçi qrupunun rəhbəri Armen Kaprielyan deyib.  

 

Xatırladaq ki, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəddə itkin düşüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, artıq faktla bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-ya müraciət edib: “BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın hakimiyyət orqanları ilə bu məsələni araşdırmaq üçün qurumun Ermənistan nümayəndəliyinə müraciət edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar