Ermənilər Ağdamın işğalda olan ərazilərində hərbi təlim keçir
22 sentyabr 2016 10:38 (UTC +04:00)

Ermənilər Ağdamın işğalda olan ərazilərində hərbi təlim keçir

0

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

 

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir.

 

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərindən aydın eşidilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar