"Enerji təminatı bərpa edilməkdədir" - <span style="color:red;">BİRGƏ MƏLUMAT
03 iyul 2018 21:07 (UTC +04:00)

"Enerji təminatı bərpa edilməkdədir" - BİRGƏ MƏLUMAT

Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə məlumat yayıb.

 

Nazirlikdən Lent.az-a  verilən xəbərə görə, məlumatda qeyd edilib ki, bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə  artmış və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

 

İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib. Qısa müddət ərzində digərlərində də veriliş yerinə yetiriləcəkdir.

 

Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Səlcuq Elçin

Oxşar yazılar