Əməkdar artist xəstəxanaya yerləşdirildi: yeriyə bilmir
11 iyun 2014 18:15 (UTC +04:00)

Əməkdar artist xəstəxanaya yerləşdirildi: yeriyə bilmir

Əməkdar artist Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, X.Qafarovanın iki gün əvvəl Onkoloji Mərkəzinə yerləşdirilib. Ailəsindən bildiriblər ki, o artıq yeriyə bilmir: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahadan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”. 

 

Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”. 

 

X.Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar